Bakıda orta aylıq əmək haqqı 1 manat 70 qəpik azalıb

Bakıda orta aylıq əmək haqqı 1 manat 70 qəpik azalıb
Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1267 manat olub.
Yeniavaz.com Bakı Şəhər Statistika İdarəsinin açıqladığı sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-iyun) müqayisədə 1 manat 70 qəpik azalıb.
Belə ki, bu ilin yanvar-iyun aylarında Bakıda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1268 manat 70 qəpik olub.
Onu da bildirək ki, ardıcıl 4 aydır paytaxt Bakıda orta aylıq əmək haqqı azalır:
Yanvar-aprel – 1 282,6 manat;
Yanvar-may – 1 272,3 manat;
Yanvar-iyun – 1 268,7 manat;
Yanvar-iyul – 1 267 manat.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
132 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...