Hacı Qurbana protokol yazıldı – Yüksək məbləğdə cərimə gözləyir
“İlkin-N” MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Salyan Rayon Məhkəməsinin hakimi Vəsilə Əliyevanın icraatındadır.
Qeyd: “İlkin-N” MMC 17.10.1996-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Salyan rayonunun Qarabağlı kəndində yerləşən MMC-nin nizamnamı kapitalı 35 min 572 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Abasov Qurban İsmayıl oğludur (Hacı Qurban kimi tanınır-red). MMC indiyədək dəyəri milyonlarla ölçülən tenderlərin qalibi olub.
129 dəfə oxundu