Ermənilər niyə Naxçıvanı davamlı atəşə tutur? – Şərh

Ermənilər niyə Naxçıvanı davamlı atəşə tutur? –
“Naxçıvanın atəşə tutulmasının iki səbəbi ola bilər: Zəngəzur dəhlizi ilə bağlı prosesi uzatmaq və hərbi təxribatlarla gərginlik yaratmaq, ikincisi, Ermənistanın silahlanmağa başladığı dövrdə özünü göstərmək cəhdi. Düşmən ölkə Qərb silahları ilə stimul əldə edir və revanş istəkləri güclənir. Onu həvəsləndirirlər ki, gələcəkdə üçüncü müharibə etmək və qalib gəlmək olar. Əgər ermənilərin başı azca işləyirsə, bu oyuna təkrar getməzlər. Birinci savaşda dəstək alıb ərazilərimizi işğal etdilər, 30 il sonra da hər şeyi itirdilər, indi daha 30 il də keçsə, bu üstünlüyü qazana bilməzlər, çünki Azərbaycan Ordusu hər gün gücünü artırır”.

Tribunainfo.az-a danışan siyasi ekspert Fuad Əliyev bildirib. Onun sözlərinə görə, Qərb Ermənistanı yeni müharibəyə sövq edərsə, bundan itirən yenə onlar olacaq: “Amma düşünürəm ki, son vaxtlar Naxçıvan istiqamətində atəşkəsin pozulması intensiv xarakter alıbsa, məsələ daha çox Zəngəzurla əlaqədardır. Ermənistana bu məsələdə dəstək verilir. İkincisi, Ermənistan COP29 ərəfəsində qəsdən gərginlik yaradır və dünyanın diqqətini sərhədə cəlb edir. İrəvan çalışır ki, Azərbaycan Ordusu cavab olaraq sərt tədbirlər görsün, bununla bizim haqqımızda mənfi rəy yaradılsın. Yəni BMT konfransı keçirən ölkə guya aqressordur. İstisna deyil ki, COP29 günlərində ermənilərin hərbi təxribatları arta bilər”.

Qeyd edək ki, sentyabrın 26-sı saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
26 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...