Azərbaycan gəncləri dövlət xətti ilə hansı ölkələrdə təhsil alırlar? – Siyahı

Azərbaycan gəncləri dövlət xətti ilə hansı ölkələrdə təhsil alırlar? –
2023/2024-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan Azərbaycan gənclərinin sayı 997 nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022/2023-cü tədris ili ilə müqayisədə dövlət xətti ilə xaricdə təhsil alan gənclərin sayı 7 nəfər azalıb.
Məlumat üçün bildirək ki, dövlət xətti ilə xaricdə təhsil alan gənclərin 41%-i və ya 405 nəfəri Türkiyədə oxuyub. Türkiyədən sonra ən çox tələbə Macarıstanda təhsil alır. Dövlət xətti ilə Macarıstanda 291 Azərbaycan gənci təhsil alır.
Xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan Azərbaycan gənclərinin sayı ölkələr üzrə aşağıdakı kimi olub:
Türkiyə – 405 tələbə
Macarıstan – 291 tələbə
Rusiya – 213 tələbə
Çin – 59 tələbə
Rumıniya – 11 tələbə
Latviya – 5 tələbə
Koreya – 4 tələbə
Qazaxıstan – 4 tələbə
ABŞ – 3 tələbə
İngiltərə – 1 tələb
İspaniya – 1 tələbə



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
85 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...