Antalyada istirahət edənlərin əziyyətini niyə naxçıvanlılar çəkməlidir?
Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının uzun illərdir ki, tam həll edilməyən ciddi bir problemi var. Muxtar respublika sakinləri ilin müxtəlif dövrlərində ölkəmizin paytaxtı Bakı şəhərinə gələ bilmək üçün təyyarə bileti tapa bilmirlər.
Ədalət naminə deyək ki, bu problem bir neçə il bundan əvvəl daha dərin idi.
Naxçıvan Beynəlxalq Hava Limanı muxtar respublika Nazirlər Kabinetinin tabeliyinə verilmişdi, aeroportun sabiq direktoru da hava limanını istədiyi kimi idarə edirdi. Həm aviakassalarda, həm də hava limanında ciddi nizam-intizamsızlıq və özbaşınalıq hökm sürürdü. Naxçıvandan Bakı şəhərinə gəlmək üçün bilet almaq istəyənlərə süni manelər yaradılırdı. Hətta Milli Məclisin deputatları da Bakıdan Naxçıvana bilet tapa bilsələr də, əks istiqmətə qara bazardan bilet aldıqlarını etiraf etmişdilər.
2022-ci ilin sonunda Naxçıvanda aparılan kadr islahatlarından sonra bu sahədəki problemlərin də həlli istiqmətində ciddi addımlar atıldı.
Əvvəlcə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən aviakassalar AZAL-ın tabeliyinə verildi, bilet satışındakı pərakəndəlik, süründürməçilik aradan qaldırıldı, Naxçıvan əhalisinin təyyarə biletinə əlçatanlığı təmin edildi.
Naxçıvan Beynəxalq Hava Limanı AZAL-ın tabeliyinə verildikdən sonra limandakı nöqsanlar da tezliklə aradan qaldırıldı. Peşəkar kadrların işə cəlb edilməsi uzun illər yığılıb qalmış problemlərin qısa zamanda həllinə imkan verdi.
Əlbəttə, Naxçıvanda bu sahədə işlərin cəmi bir ilə qaydaya salınması Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri, AZAL-ın Müşahidə Şurasının sədri Rəşad Nəbiyevin, “Azərbaycan Hava Yolları” Qapalı Səhmədar Cəmiyyətinin prezidenti Samir Rzayevin blokada şəraitində yaşayan muxtar respublikaya həssas münasibətinin nəticəsidir.
AZAL-ın adının açıqlamasını istəməyən rəsmisi əməkdaşımızla söhbətində deyib ki, Naxçıvan həm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, həm də AZAL-ın rəhbərliyinin gündəlik diqqətindədir. AZAL Naxıvana uçuşlara kommersiya məqsədli yanaşmır. Muxtar respublika əhalisinin rahatlığının, paytaxta gəlişinin təmin olunması məqsədilə hər gün Bakıdan Naxçıvana və əks istiqmətə 14-16 reys həyata keçirilir.
Bəs bu qədər görülən işlərə, göstərilən diqqətə baxmayaraq, Naxçıvandan Bakıya bilet tapmaq niyə müşkülə çevrilib?
Qısa bir araşdırma apardıqdan sonra öyrəndik ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanının xidmətindən naxçıvanlılardan daha çox Türkiyədən muxtar respublikaya gəlib hava yolu vasitəsilə Bakıya qayıtmaq istəyən vətəndaşlarımız istifadə edir. Son bir ayda Bakıya qayıtmaq üçün Türkiyədən Naxçıvana 10 min nəfərdən çox Azərbaycan vətəndaşı gəlib. İraqa ziyarətə, Antalyada, Bodrumda istirahətə gedənlər ucuz olsun deyə Naxçıvan üzərindən Bakıya qayıdırlar. Bu da ciddi sərnişin sıxlığı yaradır.
AZAL yaranan problemin həlli üçün əlavə reyslər ayırıb, sərnişinlərin çoxu Bakıya daşınıb, Naxçıvan hava limanındakı sıxlıq aradan qaldırılıb. Hava yolu şikəti problemin tamamilə həlli məqsədilə əlavə tədbirər görür.
Nəzərə almaq lazımdır ki, Naxçıvan Beynəxlaq Hava Limanının gün ərzində təyyarə və sərnişin qəbulu tutumu var. Yəni AZAL istəsə də Naxçıvana bundan artıq təyyarə göndərə bilməz. Gün ərzində 14-16 reys naxçıvanlıların tələbatını tamamilə ödəyər. Ancaq digər vətəndaşlarımızın bu hava limanından istifadəsi vəziyyəti ağırlaşdırır.
Naxçıvan da Azərbaycandır, muxtar respublikadakı hava limanından istifadə etmək digər vətəndaşlarımızın haqqı, hüququdur. Ancaq Bodrumda dincələnlər ucuz olsun deyə muxtar respublikaya gəlib bilet davasına çıxanda Naxçıvan sakinləri Bakıda dünyasını dəyişən əzizinin dəfninə gedə bilmək üçün bilet tapmır axı! Onu da nəzərə almalıyıq ki, dövlət Bakıdan Naxçıvana və əks istiqamətə biletlərin alınması üçün dotasiyanı muxtar respublika əhalisi və Naxçıvana getmək istəyənlər üçün ayırır. Dövlət dotasiyanı ona görə ayırmır ki, kimsə gedib pulunu ərəbə xərcləyəndən, hansısa 5 ulduzlu oteldə istirahət edəndən sonra Naxçıvana gəlib bilet davası etsin.
İndi desək ki, Sədərk-Dilucu gömrük-keçid məntəqəsindən ancaq Naxçıvan qeydiyyatında olan vətəndaşlarımız buraxılsın, bizi linç edəcəklər. Bilirsinizmi, Naxçıvana axışan zəvvarların, turistlərin ucbatından nə qədər muxtar respublika sakini əzizinin yasına gedə bilməyib? Həkimə getmək istəyən onlarla naxçıvanlının bilet olmadığından səhhəti ağırlaşıb.
Hesab edirik ki, AZAL Naxçıvan qeydiyyatında olan vətəndaşlara üstünlük verməli, əvvəlcə onları təyyarə bileti ilə təmin etməlidir.
Görünən odur ki, bu proses davamlı olacaq. Yəni Türkiyədən gəlib Naxçıvan üzrindən Bakıya qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının sayı artacaq. Bu da muxtar respublika sakinlərinin paytaxt Bakı ilə əlaqələrini çətinləşdirəcək, Naxçıvanın blokada vəziyyətini ağırlaşdıracaq.
Ona görə də aidiyyəti dövlət orqanları problemin həlli məqsədilə təcili tədbirlər görməlidir.
174 dəfə oxundu