Həyat yoldaşı və sevgilisi tərəfindən döyülən həkim kimdir?

Həyat yoldaşı və sevgilisi tərəfindən döyülən həkim kimdir?
Həyat yoldaşı həkim-onkoloq İbrahim Əsədli və onun sevgilisi tərəfindən döyülən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi Aynur Əsədlinin üç il öncə çalışdığı xəstəxanada intihara cəhd etdiyi məlum olub.

Tribunainfo.az xəbər verir ki, 2021-ci ilin oktyabr ayında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim laborant kimi çalışan Əsədli Aynur Azad qızı qayçı ilə özünü doğrayaraq intihara cəhd etmişdi. Həkim yoldaşları intihara mane olmuş və cəhdin qarşı alınmışdı.
İntihara səbəb kimi institutun direktoru Həqiqət Qədirova və şöbə müdiri Nuriyyə Səlimovanın böhtanlarından bezməsi göstərilirdi. A.Əsədlinin iddiasına görə, koronavirus xəstəliyinin kəskin yayıldığı vaxtlarda vaksinasiyaya gedən zaman işdə olmadığı müddətdə soyuducu xarab olub, reaktivlər istidə qalıb. Bu məsələlərə məsul şəxs şöbə müdiri Nuriyyə Səlimova olsa da, günahı onun üzərinə atıblar.
Baş vermiş hadisə ilə bağlı elə o zaman Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan mətbuata açıqlama verilmişdi ki, Aynur Əsədli əmək vəzifəsini icra etmədiyinə görə ondan izahat istənilib və o da bununla razılaşmayıb, etik normalara zidd davranış nümayiş etdirib.


Qeyd edək ki, A. Əsədli ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru və şöbə müdiri arasında dəfələrlə məhkəmə çəkişməsi də olub.

Xatırladaq ki, həkim-onkoloq İbrahim Əsədli sevgilisi ilə birgə öz həyat yoldaşı Aynur Əsədlini döyüb. Hadisə “Loğmed” klinikasının qarşısında baş verib. İbrahim Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli A.Əsədliyə qarşı şiddət göstərib.
Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
389 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...