ETSN davam edən güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib

ETSN davam edən güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
Şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 28-i gecə saatlarından ölkə ərazisində hava şəraiti dəyişib.

Gundeminfo.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, küləyin maksimal sürəti bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımadasında 25-28 m/saniyəyə çatır.

Gülşad Məmmədova deyib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərin yanında, hündür ağacların altında dayanmaq məsləhət görülmür. Külək zamanı əhalinin ehtiyatlı olması tövsiyə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...