"Dərsliklərin vəziyyəti çox pisdir, şagirdlər əziyyət çəkir" - Ekspert

"Dərsliklərin vəziyyəti çox pisdir, şagirdlər əziyyət çəkir" -

"Bu gün elə bir tendensiya yaranıb ki, şagirdlər artıq erkən yaşdan hazırlıqlara gedirlər. Bunun qarşısı alınmalıdır və şagird təhsilini məktəbdə almalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib. Ekspert bildirib ki, proses belə davam edərsə, təhsil sistemində gözləninən nəticə əldə olunmayacaq:

"Ali məktəblərə qəbul olunan tələbə diplomu asan yolla alacaqsa, cəmiyyətə savadlı kadr verə bilməyəcəyik. Orta məktəblərində bu problemin həll olunmaması tərəddüd yaradıb. Faktiki hər kəs bu problemləri görür. Nəticə etibarı ilə həlli istiqamətində adekvat bir addım atılmır. Məsələ ondan ibarətdir ki, bu gün hər bir valideyn əziyyət çəkir. Şagirdlər orta məktəblərdə almalı olduğu təhsili kiminsə evində alır. Hazırlıqlar əlavə olunmalıdırsa, təhsil müəssisəsinin tabeliyində olamlıdır. Amma dövr tamamiylə fərqli vəziyyət formalaşdırıb".

Ekspert bu gün dərsliklərin vəziyyətinin pis olduğunu vurğulayıb:

"Xüsusi ilə ümumi tarix dərsliyi çox pis vəziyyətdədir. Şagirdlər mövzuları öyrənənə kimi çox əziyyət çəkirlər. Bu təkcə şagirdləri deyil, müəllimləri də narahar edir. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi vahid imtahan keçirməklə bağlı razılığa gəlməlidir. Fənlərin sayını minimalaşdırmaq lazımdır. İmtahana ən azı 3 fənn salınmalıdır. Bu həm valideynin maddi imkanlarını istismar etməz, həm də şagirdlərin əlavə zaman itkisini almaz. 3 fənn üzrə imtahanların keçirilməsi çətin deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...