Qaradağ rayonunda növbəti ağacəkmə aksiyası keçirildi
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müxtəlifyönümlü tədbirlər həyata keçirilməsi davam etdirilir.
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində, o cümlədən Qaradağ rayonunda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.
Qaradağ rayonunda da rayon İcra Hakimiyyəti başçısının imzaladığı Tədbirlər Planına əsasən bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi davam edir.
02 dekabr 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Qaradağ rayonunda növbəti ağacəkmə aksiyası keçirildi. Ağacəkmə aksiyası çərçivəsində Qaradağ rayonunun müxtəlif ünvanlarında, ö cümlədən Bakı-Ələt (Qazax) yolunun 28-ci km-də də ümumilikdə 500-dək həmişəyaşıl ağac əkilmişdir.
Qeyd edək ki, bu istiqamətdə işlər davam etdiriləcəkdir.
346 dəfə oxundu