Azərbaycanda pensiyaçıların 64 %-i yaşa görə pensiya alır
Azərbaycanda pensiyaçıların 64 %-i yaşa görə, 24 %-i əlilliyə görə, 12 %-i isə ailə başçısını itirməyə görə pensiya alır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
"Bu bölgü bizi qane etmir. Çünki ölkədə əlilliyi olanların sayı əhalinin 5 %-i qədərdir. Əvvəlki dövrlərdə 6 % idi. Pensiyaçılar içərisində əlilliyi olanların sayı payı isə 37-38 % təşkil edirdi. Bu istiqamətdə böyük miqyaslı təmizlik işləri apardıq və 38 %-dən 24 %-ə düşdük. Digər ölkələrin təcrübəsində baxdıqda əlilliyə görə pensiya normativi 18-20 % ətrafındadır. Düşünürəm ki, növbəti dövrlərdə lazım olan normativə çatacağıq. Yaşa görə pensiya üzrə isə əksər ölkələrdə beynəlxalq normativ 65-70 %-dir. Bu istiqamətdə də irəliləyiş əldə edib 64 %-ə yaxınlaşmışıq”, - deyə o qeyd edib.
Bundan başqa, nazir deyib ki, ölkədə bu gün 0-18 yaş arası 18 500 nəfər, 19-40 yaş arası 28 953 nəfər, 41-50 yaş arası 48 379 nəfər, 51-55 yaş arası 46 156 nəfər, 56-60 yaş arası 71 000 nəfər, 61-65 yaş arası 151 000 nəfər, 66-73 yaş arası 324 000 nəfər, 77 yaşdan yuxarı isə 148 000 nəfər pensiyaçı var.
353 dəfə oxundu