Vətəndaş 10 ildir, əmlakının sənədini ala bilmir? - Dövlət Xidmətindən AÇIQLAMA
Samux rayonunun Qarabağlar kənd sakini Rafiq Xəlilov ona ayrılmış əmlak payını ala bilmədiyini iddia edir.
Bununla bağlı TNS-ə müraciət edən Rafiq Xəlilov bildirib ki, anasının adına 97 sot əmlak payı ayrılıb. Anası vəfat etdiyindən hazırda hüquqi vərəsə kimi torpaq sahəsi Rafiq Xəlilovun adına keçirilsə də, 10 ildir, ərazini ona vermirlər: “5 il əvvəl ərazinin ölçülməsi, istifadəmə verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə 1500 manat rüsum ödədim. Amma indiyədək bizə lazım olan sənəd verilməyib”.
Çobanabdallı bələdiyyəsinin sədri Sveta Aslanova TNS-ə deyib ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi kənd sakininə tələb olunan sənədi vermir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən TNS-in məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunun torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün müraciət olunmayıb. Rafiq Xəlilovun Samux rayonu, Qarabağlar kəndində yerləşən 97 sot torpaq sahəsinin ölçülməsi, istifadəyə verilməsi ilə bağlı 1500 manat rüsum ödəməsi barədə məlumat aşkar edilməyib.
“Samux rayonu Çobanabdallı bələdiyyəsinin icarəyə verilməsi üçün nəzərdə tutulmuş 1 ha torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsi və həmin torpaq sahəsinin ölçüsü və təyinatına dair arayış verilməsi barədə 20.06.2023-cü il tarixli, 80 saylı müraciəti 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olub. Daxil olmuş müraciət əsasında 3 saylı Gəncə Ərazi İdarəsinin texniki tərəfindən Çobanabdallı bələdiyyəsinin sədri ilə əlaqə saxlanaraq icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinə naturada (yerdə) baxış keçirilib. Ərazidə vətəndaşın və bələdiyyə sədrinin iştirakı ilə çöl-ölçmə işləri aparılıb. Bələdiyyənin naturada təqdim etdiyi torpaq sahəsinin bir hissəsi digər şəxsin xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkin ərazisinə düşməsi səbəbindən, bələdiyyə sədrinə şifahi məlumat verilərək həmin hissə çıxarılmaqla bələdiyyə mülkiyyətində olan 0.60 ha torpaq sahəsinin ölçüsü və təyinatı barədə 03.08.2023-cü il tarixli arayışı hazırlanıb. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi üçün Tarif (qiymət) Şurasının 2023-cü il 31 iyul tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq 120 manat xidmət haqqının ödənilməsi bələdiyyə tərəfindən təmin edilib.
Sorğuda qeyd olunmuş şikayətlə bağlı Çobanabdallı bələdiyyəsinin sədri Sveta Aslanova və vətəndaş Rafiq Xəlilov DƏDKR-in 3 saylı Gəncə Ərazi İdarəsinə dəvət edilib, onlara mövcud vəziyyət ətraflı izah olunub”.
535 dəfə oxundu