Bu məsələ Mərkəzi Bankı narahat edir - Taleh Kazımov

Bu məsələ Mərkəzi Bankı narahat edir -
"Mərkəzi Bankı narahat edən bir məqamı qeyd etmək istərdim. Bir ilədək əmanətlərin ümumi əmanətlərdə payı 81 faiz təşkil edir. Bu isə o deməkdir ki, bizim banklarımızın uzun müddətli maraqları kifayət qədər deyil ki, biznes kreditlərini aktiv versinlər".

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

"Digər tərəfdən 30 minədək olan əmanətçilərin sayı ümumi əmanətçilərin sayında 73 faiz təşkil edir. Bu o deməkdir ki, əhali daha çox 30 minədək əmanətlər yerləşdirir. Burada isə fevral ayından azalma müşahidə edirik", - deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
311 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...