Şəkinin SU PROBLEMİ - Bolludərənin dərələri SUSUZ QALIB - FOTO
Düzənlikdə yerləşən Şəki rayonunun Bolludərə kəndinin ərazisində su ehtiyatları, ümumiyyətlə, yoxdur.
Bəs, bu çətinliyə sakinlər necə dözür və su ehtiyacı necə ödənilir?
Bizim.Media-nın yerli bürosu sakinlərlə görüşüb, onların bu vacib probleminin yaranma səbəbini araşdırıb, müvafiq qurumların məsələyə münasibətini öyrənib.
Yarımçıq qalan layihə Bolludərədə sosial məsələlərin həlli məqsədi ilə rayon rəhbərliyi illər əvvəl bu yaşayış məntəqəsini “Kənd İnvestisiya layihəsinə” qoşulmasını təmin edir. Əlbəttə, ilk növbədə sakinlərin içməli su problem həllini tapmalı idi.
Yaponiya hökumətinin həyata keçirdiyi sosial layihə ən uğurlu işlərdən biri sayılsa da davamını yerli qurumlar həyata keçirə bilməyib. Belə ki, on il əvvəl Yaponiya hökümətinin həyata keçirdiyi qrant layihə əsasında kəndə içməli su xətti çəkilsə də sakinlərin sevinci uzun sürməyib. Bir il sonra aidiyyatı qurumların məsuliyyətsizliyi səbəbindən bu su xətti sıradan çıxıb. Əslində yarıda qalıb. İndi həmin xəttlə su yalnız kəndin bir kilometrliyinə qədər gəlir. Əlacsız qalan sakinlər suyu kənardan gətirmək məcburiyyətindədir.
Bir əsrə çatan qayğı
İçməli su bu kəndin və sakinlərin ən ümdə problemidir. Hətta sakinlər öz aralarında danışarkən qeyd edirlər ki, bu məsələ artıq bir əsrə yaxındır davam edir. Ya keçmişdə, ya da günümüzdə onu həll etmək müşkülə çevrilib. Məsələnin həlli istiqamətində sakinlər müxtəlif qurumlara üz tutub, müraciət ünvanlayıb. Ən çox da rayon rəhbərliyinə. Və nəticəsi göz qabağındadır. Ayda 60-70 manat suya pul verirlər.
Sakinlər bildirir ki, bir çən su almaq üçün saatlarla növbə gözləməli olurlar. Həmin su da gün ərzində iki dəfə 2 saat vurulur. Növbələr isə xeyli çoxdur. Digər tərəfdən sakinlər suyu həm də pulla alır. Bu isə ucqar yaşayış məntəqəsində yaşayanlara ayda 60-70 manata başa gəlir.
Layihə hazırdır
Məsələ ilə bağlı Bolludərə kənd bələdiyyəsindən bildirilib ki, su təminatındakı problemlə bağlı aidiyyəti qurumlara müraciətlər edilib və bu çətinliyin aradan qaldırılması istiqamətində layihə işlənib, hazırlanıb. Belə ki, 2014-cü ildən layihənin ikinci mərhələsinin yəni kəndin küçələrinə su xətlərinin çəkilməsi planı hazırlanıb. Bələdiyyə nümayəndəsi qeyd edir ki, məhz həmin plan əsasında tezliklə işlərin icrasına başlanılacaq.
Ümid edək ki…
Aradan 10 ilə yaxın vaxt keçməsinə baxmayaraq yenə eyni vədin verilməsi onu göstərir ki, 500-dən artıq sakini olan kənd aidiyyatı qurumlar tərəfindən unudulub. Ümid edək ki, yarımçıq qalan layihə həyata keçiriləcək və indi qırıq, paslı vəziyətdə olan borulara yenidən su gələcək.
Mövzunu diqqətdə saxlayacağıq.
388 dəfə oxundu