Nardaran hadisələri zamanı tutulanlardan 57-si buraxılıb

Nardaran hadisələri zamanı tutulanlardan 57-si buraxılıb


Nardaran hadisələri zamanı inzibati qaydada həbs olunanlardan 57 nəfəri azadlığa buraxılıb. Bu barədə APA-ya Nardaran sakini Natiq Kərimov məlumat verib. O qeyd edib ki, Nardaran hadisələrinə görə ümumilikdə 71 nəfər barəsində sutkalıq həbs qərarı verilib: “Məndə olan məlumata görə, 14 nəfər hələ də inzibati qaydada həbsdədir. Onların bir hissəsinin həbs müddəti sabah başa çatdığı üçün azadlığa buraxılmaları gözlənilir”.

Qeyd edək ki, ötən ilin noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında qeyd olunub ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında əməliyyat təşkil olunub.

Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hadisə nəticəsində dəstənin üzvlərindən Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb. A. Hüseyn Gəncə, S. Səfərov Masallı, digər 3 nəfər isə Nardaran sakinidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1046 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...