Bayramda rayon maşınları Bakıya buraxılacaqmı? DYP-dən açıqlama

Bayramda rayon maşınları Bakıya buraxılacaqmı?


Bayram günlərində də rayon qeydiyyatlı maşınların Bakıya daxil olmasına qoyulan məhdudiyyət qüvvədə qalacaq. Bunu Axar.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Qurum rəsmisi söyləyib ki, bununla bağlı heç bir yenilik yoxdur: “Hər hansı məhdudiyyətin götürülməsi ilə bağlı elə bil göstəriş yoxdur. Adi günlərdə olduğu kimi, bayram günlərində də rayon qeydiyyatında olan maşınlar Bakıya buraxılmayacaq. Yalnız müəyyən edilmiş vaxt çərçivəsində paytaxta daxil ola bilərlər”.


Xatırladaq ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına dair fərqli qrafik müəyyənləşdirilib.
Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmır, axşam saat 22:00-dan səhər saat 7:00-a qədər isə şəhərə daxil olmaq izni verilir.

Qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan, axşam saat 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, axşam saat 21:00-dan səhər saat 7:00-a qədərsə yol açıq olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1046 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...