Tərtərdə yeni bayramı coşquyla qarşılandı - FOTOLAR

Tərtərdə yeni bayramı coşquyla qarşılandı -


31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoymuşlar.
Bayram tədbirində rayon ictimaiyyəti, əmək kollektivləri, gənclər, məktəblilər iştirak ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri əlamətdar bayramlar münasibətilə təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, 2015-cü ildə qazanılan uğurlardan, insanların rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, yola saldığımız ildə rayonun makroiqtisadi göstəriciləri yüksəlib, kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə inkişaf edib, sosial tərəqqiyə nail olunub. Cəbhəyanı kəndlərdə sosial problemlərin həlli istqamətində mühüm işlər görülüb, Tərtər şəhəri daha da inkişaf edib, gözəlləşib.

Bu il rayon mərkəzində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli, 6 mərtəbəli yaşayış binası tikilib istifadəyə verilmişdir. Ev növbəsində qeydiyyata alınan 10 nəfər şəhid ailəsi və Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evlərinin tikintisi davam etdirilir.

Tərtər şəhərinin V.Orucov, T.Rəhimov, S.Vurğun, R.Kərimov və M.Hüseynzadə küçələrində 21.9 min kvadratmetr asfalt-beton örtüyü salınmışdır. Tərtər çayı sahilində 2.5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılmışdır. Heydər Əliyev prospektində yüksək gərginlikli hava xəttinin 1300 metr məsafədə SİP kabellə yeraltı çəkilişi işləri görülmüşdür. Tərtər şəhərinin M.Əsədov və T.İsmayılov küçələrində istinad divarlarının aqlay və bəzək daşları ilə üzlənməsi işləri davam etdirilmiş, M.Əsədov küçəsində 1600 metr məsafədə yol kənarına bardyor düzülərək səkilər salınmışdır. F.Qulami küçəsində 1700 metr məsafədə gecə işıqlanması sistemi quraşdırılmış, ümumi uzunluğu 3.7 km olan istinad divarları 7500 kvadratmetr aqlay və bəzək daşları ilə üzlənmiş, küçədə olan kommunikasiya xətləri səliqəyə salınmışdır. H.Əliyev prospektində, E.Səfərov, M.İbrahimov və F.Qulami küçələrində ümumi uzunluğu 3.0 km-dən çox olan yeni səki daşları düzülmüş, küçələr genişləndirilmişdir. Azərbaycanın Milli Qəhrəmanı V.Orucov adına küçədə təmir-abadlıq işləri aparılmış, istinad divarları bəzək daşları ilə üzlənmiş, gecə işıqlanma sistemi quraşdırılmış, yola asfalt örtüyü çəkilmiş və küçənin girişində V.Orucovun barelyefi quraşdırılmışdır. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, şəhid İlqar Həsənovun adları verilmiş küçələrdə də abadlıq işləri aparılmış və həmin küçələrin girişində də tezliklə baralyeflər qoyulacaqdır.

Tərtər şəhərində 100 yerlik yeni uşaq bağçasında, müasir tələblərə cavab verən yeni şahmat məktəbində, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasında tikinti işləri davam edir. Qapanlı kəndində yeni tibb məntəqəsi istifadəyə verilmişdir. Bəyimsarov kənd xəstəxanasında və Qaraağacı kənd tam orta məktəbində, Mədəniyyət Mərkəzinin Soyulan folklar klubunda əsaslı, Mərkəzi rayon xəstəxanasının yardımçı binasında, Qazyan kənd həkim məntəqəsində, Əskipara kənd tam orta məktəbində, Qazyan kənd ümumi orta məktəbində, Kovdadıq kənd ibtidai məktəbində və Mədəniyyət mərkəzinin Ələsgərli filialında, Ələsgərli və Qaradağlı kənd kitabxanalarında cari təmir işləri görülmüşdür. Gənclər Mərkəzi və Təhsil Şöbəsinin inzibati binasının fasad hissələri aqlay daşı ilə üzlənmiş, hər iki bina gecə işıqlanması ilə təchiz edilmişdir. Heydər Əliyev prospektində bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi üçmərtəbəli inzibati binanın fasad hissələri müasir memarlıq üslübunda aqlay daşı ilə üzlənmiş, gecə işıqlanması ilə təchiz edilmiş və pəncərələri dəyişdirilmişdir. Şəhərin H.Əliyev prospektində 1 ədəd 5 mərtəbəli, Ə.Paşayev küçəsində 5 ədəd 2 mərtəbəli, Qafur Məmmədov küçəsində 1 ədəd beşmərtəbəli yaşayış binalarının, birlikdə 29 ictimai binanın dam örtüyü əsaslı təmir olunaraq müasir mansard üslubunda yenidən qurulmuşdur. Tərtər Cümə Məscidində əsaslı təmir işləri aparılmışdır.

Rayonun Düyərli, Hüsənli, İsmayılbəyli, Azad Qaraqoyunlu, Xoruzlu, Qaradağlı, Hacıqərvənd, Sarov, Ələsgərli, Köçərli, Balakəngərli, Borsunlu kəndlərinin hər birində 1 ədəd, Güləbatlı kəndində 2 ədəd olmaqla subartezian quyusunda qazma işləri başa çatmışdır.

İl ərzində rayonda təbiətin mühafizəsi və ekologiyanın qorunması məqsədilə 35 mindən çox müxtəlif növ ağaclar və gül kolları əkilmiş və 5000 kv.metr yaşıl qazon salınmışdır.

2015-ci ilin iyun ayında Tərtər şəhəri və ətraf 11 kəndinin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılmışdır. Hazırda Tərtər şəhərinin 13 küçəsində qazıntı və quraşdırma işləri aparılmış, 26 kilometr magistral kanalizasiya xətti, 12.4 kilometr magistral su xətti çəkilmiş, 1317 ədəd dəmir-beton baxış quyuları quraşdırılmışdır. Tutumu 5000 kubmetr olan su anbarının tikintisinə başlanılmışdır. Anbara 1200 metr su xətti çəkilmişdir.

Əhalinin enerji ilə fasiləsiz təminatı üçün aparılan işlər davam etdirilmişdir. Tərtər şəhərində 10 ədəd yeni transformator quraşdırılmışdır. Çaylı kəndində məskunlaşmış məcburi köçkünlər üçün yeni 1.55 km 6 kv-luq hava xətti və kəndin içində 2.5 km 0.4 kv-luq hava xətti çəkilmişdir. Bu sahədə müəyyən işlər görülsə də, əhalinin elektrik enerjisi ilə tam təmin olunması üçün görülən işlər hələ çoxdur.

Rayonda təbii qaz təminatının yaxşılaşdırılması məqsədilə Dövlət Proqramına uyğun olaraq kəndlərin qazlaşdırılması davam etdirilmişdir. Artıq 32 yaşayış məntəqəsi qazlaşdırılmış, 10 yaşayış məntəqəsində isə işlər sürətlə davam etdirilir.

Tərtərlilər tək öz rayonlarında deyil, onun hüdudlarından uzaqlarda da zəhmətləri, bilikləri, istedadları hesabına hörmət və nüfuz qazanırlar, harada yaşamalarından asılı olmayaraq onlar doğma Azərbaycanımızı layiqincə təmsil və təbliğ edirlər.
Rayon rəhbəri bütün Azərbaycan xalqını 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etmiş, onlara xoş ovqat, can sağlığı, arzularınızın gerçəkləşməsini diləmişdir.

Bayram tədbirində 2015-ci ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fərqlənənlərə fəxri fərmanlar, 100 nəfərə ərzaq yardımı, 100 nəfərə isə qiymətli hədiyyələr verildi. Bir neçə saat davam edən bayram şənliyində Şaxta baba və Qar qız tədbir iştirakçılarına Yeni il arzularını çatdırdı, uşaqlarla birgə rəqs etdi. Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə iştirakçılarda xoş ovqat yaratdılar.


Tərtərdə yeni bayramı coşquyla qarşılandı -
Tərtərdə yeni bayramı coşquyla qarşılandı -
Tərtərdə yeni bayramı coşquyla qarşılandı -
Tərtərdə yeni bayramı coşquyla qarşılandı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1434 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...