Azərbaycanda narkomanların müalicəsi məcburiləşdirilir

Azərbaycanda narkomanların müalicəsi məcburiləşdirilir

Azərbaycanda bəzi narkomanların müalicəsi məcburiləşdirilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ Milli Məclisin aprelin 28-də keçiriləcək sessiyasının gündəliyinə salınan "Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilməsi barədə" qanun layihəsində öz əksini tapıb.

Yeni layihəyə görə, cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər vurmuş, uşaqların tərbiyəsinə mənfi təsir etmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycanın qanunvericiliyinə uyğun olaraq məcburi tibbi tədbirlər həyata keçiriləcək.

İndiyədək isə bu, könüllülük prinsipi ilə həyata keçirilirdi.

Qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Xatırladaq ki, Azərbaycanda 28 656 nəfər narkotik istifadəçisi kimi rəsmi qeydiyyata götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1603 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...