"Məsuliyyət bütövlüklə Fransa tərəfinin üzərinə düşəcək" - MM sədri

"Məsuliyyət bütövlüklə Fransa tərəfinin üzərinə düşəcək" -

"Biz Fransa Senatını Cənubi Qafqazda baş verən hadisələrə qanunsuz müdaxilə etmək, xalqların taleyi ilə oynamaq, Ermənistanı təcavüz qurbanı kimi qələmə vermək, tarixə qovuşan münaqişəni yenidən alovlandırmaq cəhdlərindən əl çəkməyə çağırırıq".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında deyib.

"Şübhə yoxdur ki, yalançı erməni təbliğatının təsiri altında və siyasi devidentlər əldə etmək niyyəti ilə Fransa Senatının qəbul etdiyi qətnamənin mənfi nəticələri üçün məsuliyyət bütövlüklə Fransa tərəfinin üzərinə düşəcək", - S.Qafarova əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
433 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...