NATO-nun 2016-cı il üçün Qarabağ PROQNOZU

NATO-nun 2016-cı il üçün Qarabağ


“Dağlıq Qarabağa sülhməramlı qüvvələrin göndərilməsi ancaq münaqişənin siyasi həllindən sonra mümkün ola bilər”.


AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib. Onun sözlərinə görə, münaqişə zonasına sülhməramlı qüvvələrin göndərilməsi barədə danışmaq tezdir: “Bu hələ ki, ssenaridir. Biz münaqişənin nizamlanması üçün çalışmalıyıq. Mən ATƏT-in Minsk qrupunun fəaliyyətinin yenilənməsini dəstəkləyirəm və 2016-cı il ərzində Ermənistan və Azərbaycan arasında daha effektiv dialoqun şahidi olacaqsınız”.

Cənubi Qafqazda mövcud vəziyyət barədə danışan C. Appaturay həmçinin Rusiya-Türkiyə münasibətlərindəki gərginliyə də toxunub: “Bu gərginlik NATO-nun region ölkələri ilə əməkdaşlığına təsir etməyəcək. Bizim dəstəklədiyimiz hər hansı bir əməkdaşlıq individual xarakter daşıyır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
979 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...