“Məsxərəyə qoyulası o qədər icra başcısı var ki...” - Adil Əliyev

“Məsxərəyə qoyulası o qədər icra başcısı var ki...” -


Milli Məclisin üzvü Adil Əliyev Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun sosial şəbəkələrdə yayılan və geniş müzakirə olunan fotolarına münasibət bildirib. Musavat.com xəbər verir ki, o, Facebook səhifəsində bu barədə yazıb.

“Əziz dostar, araşdırmalarımdan sonra belə qənaətə gəldim ki, əgər mən və yaxud sizlərdən biriniz, rayonun icra başçısı olsaydıq və bizə rayon gənclərinin belə bir təklifi gəlsəydi, yəqin ki biz də o gənclərin təklifini qəbul edib, gül çələnginin altından keçməyə razılıq verərdik. Bu da olardı rayon gənclərinin “Gül bayramı” ilə bağli verdiyi təklifin qəbulu. Əgər salyanlı gənclər “Gül bayramı”nı özünəməxsus keçirirsə, qoy kecirsin. Əksinə burada sevinmək lazımdır ki, rayon icra başçısı gənclərlə bir yerdədir. Burada nə böyük bir faciə olub ki, sosial şəbəkələrdə bu qədər müzakirə aparılır. Təbii, bu mənim öz fikrimdir. Hesab edirəm ki, müzakirəyə çıxarılasi və məsxərəyə qoyulası o qədər icra başcısı var ki...”


“Məsxərəyə qoyulası o qədər icra başcısı var ki...” -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1185 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...