“Cahangir Əsgərovu divara dirəməsən, qiymətləri salan deyil”

“Cahangir Əsgərovu divara dirəməsən, qiymətləri salan deyil”


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Azərbaycanla-Argentina arasında turizm sahəsində əməkdaşlığa dair sazişin təsdiq edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi olub. Modern.az xəbər verir ki, komitə üzvləri, ölkədə turizmin vəziyyətindən, bu sahədə problemlərdən danışıblar. Komitə sədri Hadi Rəcəbli deyib ki, artıq iqtisadiyyatı neft üzərində qurmaq dövrü keçib, əlavə gəlir mənbələrinin axtarılıb tapılması vacibdir.

"Bu məsələdə də dəfələrlə vurğuladığımz kimi, turizmin önəmi üzə çıxır. Azərbaycanda da turizm üçün böyük potensial var. Amma bəzi səbəblərdən turzimin istənilən səviyyədə inkişafı mümkün olmur. Ölkə prezidentinin də dediyi kimi, Azərbaycanda dörd ulduzlu, beş ulduzlu otellərə ehtiyac yoxdur, daha çox üç ulduzlu,, iki ulduzlu otellər olmalıdır. Turistlərin mərmər döşəmələr, divara vurulan mərmər örtüklər nəyinə lazımdır, onlara yüksək səviyyədə xidmət göstərilməsi, həmçinin, buraya daha ucuz qiymətlərlə gəlişlərinin təmin edilməsi vacibdir".

Komitənin üzvü İlham Məmmədov da dünyada yaşanan iqtisadi böhran fonunda əlavə gəlirlər mənbələrinin axtarılıb tapılmasına böyük ehtiyac duyulduğunu söyləyib: "Hesab edirəm ki, burda da turizm çox önəmli rol oynayır. Turizmin inkişafı üçün də qiymətlərin aşağı salınması, xüsusilə, təyyarə biletlərinin ucuzlaşdırılması lazımdır. Düzdür, aradabir endirimlər olunur, amma bu da kampaniya xarakteri daşıyır. Bu məsələdə kampaniyaçılıq olmaz. Bununla turzimi də inkişaf etdirmək mümkün deyil".

Həmkarının çıxışna müdaxilə edən digər komitə üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə "Cahangir Əsgərovu divara dirəməsən, qiymətləri endirən deyil"-deyə, bildirib. "Prezident deyir ki, kerosini də dövlət verir, təyyarələri dövlət alır. Ancaq "AZAL" rəhbəri Cahangir Əsgərov rentabellikdən filandan dəm vurur...Eyni zamanda, məsələn, Antalyada otellərdə bir otaq 24-25 min dollara satılır. Kim istəsə ala və qalmadğı dövrdə isə onu icarəyə verib pulunu qazana bilər. Bizdə də bu təcrübədən istifadə olunmalıdır"-deyə, A. Əlizadə sözlərinə əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
977 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...