Araz Əlizadə Milli Məclisdə tək oturmağının səbəbindən DANIŞDI

Araz Əlizadə Milli Məclisdə tək oturmağının səbəbindən


Beşinci çağırış Milli Məclisə keçirilən seçkilərin nətciləri rəsmən təsdiq olunduqdan sonra parlamentin ilk iclasında yeni deputatlar özlərinə həm masa yoldaşı seçdilər və həm də oturacaqları yerləri müəyyənləşdirdilər. Parlamentin ilk iclasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin Milli Məclisin iclas zalında tək oturması diqqəti daha çox cəlb etdi.

Deputat Araz Əlizadə Modern.az saytına bu haqda danışarkən bildirib ki, Milli Məclisdə tək əyləşməsinin səbəbi deputatların sayı ilə bağlıdır: “Milli Məclisdə deputatların sayı 125 nəfərdir. Ona görə də kimsə tək oturmalıdır. Mən də tək oturdum” .

Araz Əlizadə onu da xatırladıb ki, ötən çağırış deputat seçkilərindən sonra Fərəc Qulyev də Milli Məclisin iclas zalında tək əyləşmişdi. Araz Əlizadə parlament zalında tək əyləşməsinin başqa səbəbi olmadığını və bunu şişirtməməyi vurğulayıb.

Xatırladaq ki, hazırda Milli Məclisdə deputatların sayı Araz Əlizadənin dediyi kimi 125 deyil, 124 nəfərdir. Çünki 90 saylı Ağdaş Seçki Dairəsində seçkilərin nəticələri ləğv edildiyindən, oradan qalib elan olunmuş Çingiz Əsədullayevin parlamentə gələn yolu bağlandı...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1010 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...