Ərdoğan 4 il yarım sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edəcək

Ərdoğan 4 il yarım sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında 4 il yarım sonra ilk dəfə Səudiyyə Ərəbistana səfər edəcək.

APA-nın “BBC Türkçe”ye istinadən xəbərinə görə, bu, 2018-ci ildə səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbulda öldürülməsindən sonra Ərdoğanın Səudiyyə Ərəbistanına ilk səfəri olacaq.

Qeyd edək ki, ötən ilin may ayında da xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanına getmişdi.

Xatırladaq ki, Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də bu ölkənin İstanbuldakı konsulluğunda öldürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
667 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...