Baydenin imzaladığı sənəddə gerçəkdən Bakının cəzalandırılması yer alır?

Baydenin imzaladığı sənəddə gerçəkdən Bakının cəzalandırılması yer alır?
"Ermənipərəst konqresmenlərin belə absurd iddialarla çıxış etməsi gözləniləndir. Ancaq bu o demək deyil ki, bütün bunlar gerçək həqiqət olaraq ortaya çıxaraq, Azərbaycana qarşı istifadə olunacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri amerikalı ermənipərəst konqresmen Frank Pallonenin Prezident Co Baydenin imzaladığı Milli Müdafiə Aktını şərh edərkən qanunun Türkiyə və Azərbaycanın "Artsax”dakı "müharibə cinayətlərinə” görə məsuliyyətə cəlb edilməsinə yönəlmiş mühüm müddəaları ehtiva etdiyi barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.

Həmsöhbətimizin sözlərinə görə, burada ancaq Türkiyənin zərərinə olan müddəalar var:

"Nəzərdə tutulan müdafiə xərclərində 300 milyon dollar vəsaitin PKK-nın Suriya qolu olan YPG/PYD terrorçularına təlim adı altında yardım olunması nəzərdə tutulur. Bu isə Türkiyənin təhlükəsizliyini təhdid edən məsələdir. Həmin büdcədə yeni müasir silahların Yunanıstan və Cənubi Kiprə satılması, yeni hərbi bazaların yaradılması da yer alıb ki, bu da Türkiyəni təmin edən məsələ deyil”.

Politoloq sənəddə Azərbaycanla bağlı səslənən iddianı isə müşahidə etmədiyini bildirdi:

"44 günlük Vətən müharibəsində Azərbaycana qarşı hansısa iddialardan söhbət gedirsə, ortada ermənilərin kütləvi qırğın silahından istifadə edərək, mülki şəxslərin kütləvi olaraq qırılması faktları var. Azərbaycan tərəfindən bu sənədlər toplanıb, Haaqa məhkəməsi və Beynəlxalq Cəza Məhkəməsinə təqdim olunur. Bu istiqamətdə Haaqa məhkəməsinin Ermənistanın xeyrinə olmayan iki qərarı da var”.

Həmsöhbətimiz düşünür ki, belə fikirlər sadəcə olaraq ermənipərəst konqresmen təərfindən səslənən və Azərbaycana qarşı təzyiq xarakteri daşıyan iddia və fikirlər ola bilər:

"Konqresdə hətta Azərbaycan əleyhinə belə bir sənəd nəzərdə tutulsa belə, bu həmin absurd fikirlərin həyata keçməsi anlamına gəlməməlidir. Azərbaycanın əlində hüquqi və tarixi baxımdan ciddi faktlar var. Bu faktların ardına düşərək, hüquqi müstəvidə beynəlxalq səviyyədə bütün məhkəmə instansiyalarında məsələ qaldırmağın zamanı gəlib çatıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1603 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...