Allaha şükür ki, iki ölkə arasındakı gərginlik aradan qalxdı - İran səfiri

Allaha şükür ki, iki ölkə arasındakı gərginlik aradan qalxdı -
“Mövcud olan gərginlik istər-istəməz və süni olub. Əsasən kiberməkandan qaynaqlanan bu gərginliklər və insanların bildiyi bəzi məsələlər, Allaha şükür ki, iki ölkə liderlərinin dəstəyi ilə aradan qalxıb”.

Modern.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

“Biz iki ölkə liderlərinin və iki ölkə diplomatlarının müdrikliyi ilə bu gərginliyi aradan qaldıra bildik. Tam səmimi deyirəm ki, iki ölkə arasında münasibətlərdə yeni səhifə açılıb. Bölgədə iki dost, qardaş, qonşu və müsəlman ölkənin münasibətləri başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında Aşqabadda baş tutmuş görüş bu baxımdan dönüş nöqtəsi oldu.

Hüseyn Əmir Abdullahian bu il dekabrın 22-də Bakıya səfər etdi və səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və parlamentin sədri Sahibə Qafarova ilə görüşdü. Bu görüşlər iki ölkə arasında əlaqələrin daha da möhkəmləənməsinnə xidmət edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1311 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...