ABŞ-ın NED təşkilatı Azərbaycan QHT-lərinə ötən il nə qədər pul ayırıb?

ABŞ-ın NED təşkilatı Azərbaycan QHT-lərinə ötən il nə qədər pul ayırıb?


“Amerika Birləşmiş Ştatlarının NED təşkilatı 2014-cü il ərzində Azərbaycanda fəaliyyət göstərən QHT-lərə 871 578 dollar qrant ayırıb”.

Bunu APA-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyib.

O bildirib ki, həmin qrantların heç biri Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib: “NED təşkilatının rəsmi internet səhifəsi olan “ned.org” saytında 2014-cü ildə Azərbaycanda QHT-lərə ayrılan qrantın məbləği qeyd olunub. Lakin digər ölkələrdən fərqli olaraq, Azərbaycanla bağlı məlumatlarda qrant ayrılan təşkilatların və qrantların adı qeyd olunmayıb. Yalnız qrantların istiqamətini qeyd ediblər. Ermənistan, Gürcüstanla bağlı məlumatlarda isə təşkilatların adları da qeyd edilib”.

S. Məmmədov həmin təşkilatların hər kəsə məlum olduğunu bildirib: “Azərbaycanda məhdudiyyətlər qoyulandan sonra xarici qrantların məbləği bir neçə dəfə artıb. Təbii ki, bunların heç biri qeydə alınmır və dövlətin nəzarətindən kənardadır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
992 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...