Tatarlar Rusiyadan suverenlik tələb edir - Müraciət

Tatarlar Rusiyadan suverenlik tələb edir -


Kazan şəhərində ictimai fəallar konfrans keçirərək Tatarıstan Respublikasının müstəqilliyini tələb ediblər. Axar.az Novaya Qazeta-ya istinadən xəbər verir ki, Ümumtatar İctimai Mərkəzinin təşkil etdiyi konfransda dövlətçilik problemləri əsas müzakirə mövzusu olub. Tədbirdə ictimai fəallar, alimlər, keçmiş və hazırkı millət vəkilləri fikir mübadiləsi aparıb.

Məlum olduğu kimi, Rusiyanın federal qanunlarına əsasən, Tatarıstan istisna olmaqla, federasiyaya daxil olan respublika rəhbərlərinin prezident adlandırılması ləğv edilib. 2016-cı ilin yanvarından bu qanun Tatarıstana da şamil olunacaq. Konfrans nümayəndələri prezident postunun saxlanılması və 1992-ci il konstitusiyasının bərpası ilə bağlı təkliflərlə çıxış ediblər. Konfransda sözügedən mövzularla bağlı Dövlət Dumasına müraciət etmək qərara alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
996 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...