“Azərbaycan Türkiyə ilə Rusiya arasında...” Oqtay Əsədov

“Azərbaycan Türkiyə ilə Rusiya arasında...”


Mövlud Çavuşoğlu: “Türkiyə beynəlxalq hüquqa uyğun addım atıb”

“Azərbaycan Türkiyə ilə Rusiya arasında yaranan gərginliyin aradan qaldırılması üçün əlindən gələni etməyə hazırdır”.

APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə deyib. O, naziri Türkiyədə yeni hökumətin qurulması münasibətilə təbrik edib.

M. Çavuşoğlu isə Azərbaycanın bu mövqeyinə görə O. Əsədova təşəkkür edib. O qeyd edib ki, Türkiyə beynəlxalq hüququn tələblərinə uyğun addım atıb: “Türkiyə gərginlikdən yana deyil. Diplomatik yolla bu problemi həll edəcəyimizə inanırıq. Eyni mövqeni Rusiyadan da gözləyirik. Yaxın vaxtlarda gərginliyin azalacağına əminik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
988 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...