“Lavrovun təklifləri həmsədr ölkələr adından verilib”

“Lavrovun təklifləri həmsədr ölkələr adından verilib”


“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların son vəziyyəti ilə bağlı Mövlud Çavuşoğlunu məlumatlandırdım”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistana danışıqları intensivləşdirməyi təklif edib: “Hamı qəbul edir ki, ən böyük problem torpaqların işğal altında olmasıdır. Bu isə təhlükəsizlik baxımından bütün regiona problem yaradır. Lavrovun təklifləri həmsədr ölkələr adından verilib. Sonuncu dəfə həmsədrlər Azərbaycana gələndə təklif olundu ki, prezidentlərin görüşü keçirilsin. İlin sonuna kimi bu görüşün keçirilməsinə razılıq vermişik. Həmsədrlər bunun üzərində işləyir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...