“Taleh Bağırzadə başqa ölkənin təsiri altındadır”
Nardaranda dindarla polis arasında baş verən insidentə Sabuçudan deputat seçilən Fazil Mustafa münasibət bildirib
O, Modern.az-a açıqlamasında qeyd edib ki, hər hansı ərazidə qanun pozuntusu varsa, hüquq-mühafizə orqanları məsələyə reaksiyası labüddür. O qeyd edib ki, bunu siyasiləşdirməyə ehtiyac yoxdur: “Hər hansı yerdə qanunsuz hərəkət varsa, bu cür addımları atmaq polisin vəzifə borcudur”. Deputat Taleh Bağırzadənin açıqlamalarının Azərbaycan dövlətinə qarşı təhdid xarakterli olduğuna diqqət çəkərək onun həbsinin gözlənilən olduğunu qeyd edib:
“Onun başqa ölkənin təsiri ilə və aldığı təlimatlarla bunu etdiyi şübhə doğurmur. Ona görə də Azərbaycan dövləti təhlükəsizliyini qorumaq baxımından başqa ölkələrin maraqlarını təmsil edən insanlara qarşı mövqeyini bildirməlidir. Bu məsələdə dövlətin belə reaksiya verməsini normal qəbul edirəm”. Bu gün Nardaranda polislərlə dindarlar arasında qarşıdurma olub. “Müsəlman birliyi hərəkatı”nın sədri, ilahiyyatçı Taleh Bağırzadə həbs olunub. İnsident zamanı ölən və yaralıların olduğu bildirilir.
1255 dəfə oxundu