“Azərbaycan Türkiyə və Rusiya arasında gərginliyin azalmasına öz təhfəsini verməyə hazırdır” Novruz Məmmədov

“Azərbaycan Türkiyə və Rusiya arasında gərginliyin azalmasına öz təhfəsini verməyə hazırdır”


“Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib. Türkiyə bizim ən yaxın müttəfiqimizdir. Rusiya da bizə çox yaxın dost ölkədir”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “twitter” səhifəsində yazıb.

Novruz Məmmədov qeyd edib ki, hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır. “Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işinə öz töhfəsini verməyə hazırdır,” - deyə N. Məmmədov əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
977 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...