Əli İnsanovun məhkəməsi baş tutmadı

Əli İnsanovun məhkəməsi baş tutmadı


Bu gün Ali Məhkəmədə həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim İnqilab Nəsirov sədrlik edib. Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Məhkəmə prosesi zərərçəkənlərə prosesdə iştirakla bağlı göndərilən bildirişlərin ünvanına çatıb-çatmamasının müəyyənləşdirilməməsi üzündən təxirə salınıb.

Xatırladaq ki, sabiq səhiyyə naziri 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.

2007-ci ilin aprel ayında Ə.İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Sabiq nazir Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1146 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...