"Türkiyənin üzr istəməsini söyləyənlərin siyasi savadı yoxdur" - Zərdüşt Əlizadə

"Türkiyənin üzr istəməsini söyləyənlərin siyasi savadı yoxdur" -


"Bu adamlar sadəcə kiməsə xoş gəlmək üçün danışmaqla ailələrini dolandırırlar"

"Türkiyənin Rusiyadan üzr istəməsini söyləyənlərin siyasi savadı yoxdur".

Bu açıqlamanı siyasi şərhçi Zərdüşt Əlizadə səsləndirib.


Meydan TV-yə açıqlama verən Zərdüşt Əlizadənin sözlərinə görə, belə adamlara fikir vermək lazım deyil: "Bu adamların siyasətdən anlayışı yoxdur. Bu adamlar sadəcə kiməsə xoş gəlmək üçün danışmaqla ailələrini dolandırır, güzəranlarını keçirirlər. Axı Türkiyə niyə üzr istəməlidir? Əcəb edib hava məkanını pozan təyyarəni vurub, Ankara formal cəhətdən haqlıdır".

Siyasi şərhçi hesab edir ki, 24 noyabr hadisəsi genişmiqyaslı münaqişəyə çevrilməyəcək: "Bəli, gərgin olan münasibətlər pisləşəcək, amma bir müddətdən sonra yaxşılacaq. Diplomatiya tarixində bu cür hadisələr olub".

Zərdüşt Əlizadə deyir ki, məlum hadisənin səbəbi aydındır: "Rusiyanın Qərbin inhisara götürdüyü olaya müdaxiləsi Avropanı və Türkiyəni qəzəbləndirmişdi. Qərb açıq şəkildə Rusiya ilə qarşıdurmaya getmədi, amma Ankara bu vəzifəni boynuna götürdü. Xüsusən Ərdoğan ailəsinin biznesi Rusiyanın avia zərbələri nəticəsində böyük ziyan görüb. Bu ailə qeyri-qanuni neft ixracından milyonlarla dollar gəlir götürür, ona görə Ərdoğan qırıcı təyyarənin hava məkanını pozacağı təqdirdə vurmağı əmr etdi. Rusiya təyyarəsi Türkiyənin hava məkanını, doğrudan da, pozmuşdu. Bundan əvvəl də rus təyyarələri eyni addımı atmışdılar. Sadəcə, Türkiyə ümid edirdi ki. Qərb bunu alqışlayacaq. Amma alqışlamadı, dedi ki, get, özün həll et".

Zərdüşt Əlizadə indiki vəziyyətdə Rusiyanın Türkiyəyə heç nə edə bilməyəcəyini düşünür: "NATO üzvü olan və hərbi cəhətdən Rusiyadan geri qalmayan Türkiyəyə heç nə edə bilməz. Moskva nə etsə, beşqat artıq cavabını alacaq. Rusiya vətəndaşlarına Türkiyəyə getməsini qadağan edəcək, bundan Ankara müəyyən mənada itirəcək, amma bu ölümcül itki deyil. Rusiya vətəndaşları isə maddi-mənəvi cəhətdən cəzalanacaqlar. Çünki Türkiyədəki qədər yüksək xidmət və ucuz olan istirahət mərkəzləri yoxdur. Cənub-qaz axını layihəsini də ləğv edə bilməz, çünki özünə ziyan edə bilər. Hadisə olan günü Rusiya televiziyaları isterikaya düşmüşdü, erməni soyqımının tanınmasını tələb edirdilər, onsuz da Putin İrəvana getmişdi, bundan artıq nə edə bilərlər? Yaxud kürd separatçılarına dəstək verilməsini tələb edirlər, belə olanda Türkiyə Qərblə birgə Rusiyadakı separatçılara dəstək verəcək və bundan ziyanı çoxmillətli şimal ölkə görəcək. İstənilən baxımdan Rusiyanın nəsə etmək imkanı çox azdır. Rusiya yalnız həmin bölgədə Əsədə qarşı çıxanları darmadağın edə bilər ki, Əsəd həmin zolağı nəzarətə götürsün. Hesab edirəm ki, bir müddət gərginlikdən sonra münasibətlər mülayimləşəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1164 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...