Çingiz Əsədullayevin dairəsində təkrar şeçki keçiriləcək - Rəsmi Açıqlama

Çingiz Əsədullayevin dairəsində təkrar şeçki keçiriləcək -


Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələri ləğv olunan 90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilərin keçirilməsi məsələsinə Konstitusiya Məhkəməsinin noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin yekunlarına dair qərarından sonra baxacaq. Bu barədə Trend-ə MSK-dan verilən məlumatda bildirilir.

Qeyd olunub ki, Konstitusiya Məhkəməsinin qərarı olmadan təkrar seçkilərin keçirilməsi barədə danışmaq tezdir. Qeyd edək ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. Noyabrın 24-də Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilən seçkilərlə əlaqədar MSK-nın təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası keçirəcək.

Qeyd edək ki, sözügedən dairədən "Azəriqazbank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev deputat mandatı qazanmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
998 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...