Paşinyanın Fransa səfəri - Nələr danışıldı?

Paşinyanın Fransa səfəri -

Fransada səfərdə olan Nikol Paşinyan erməni diasporasının təmsilçiləri ilə görüşüb.

Ermənistan baş naziri səfirliyin binasında Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Ara Toranyan və Qəyyumlar Şurasının üzvü Petros Terzyan ilə ayrıca bir görüş keçirib.

Diaspora nümayəndələri ilə görüşdə Nikol Paşinyan Prezident Emmanuel Makronla danışıqların nəticələri, 44 günlük müharibə, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, ATƏT-in Minsk qrupunuh həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin bərpa edilməsi və s. barədə danışıb.

Nikol Paşinyanın Fransa Respublikasına işgüzar səfəri başa çatıb.

Ermənistan hökuməti mətbuat xidmətinin məlumatına görə, rəsmi nümayəndə heyəti Brüsselə gəlib. Burada o, Avropa Şurasının prezidenti Çarlz Mişel ilə görüşəcək.

Nikol Paşinyan və Belçika baş naziri Aleksander de Kro arasında da görüş planlaşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
667 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...