“Paşinyanın Zəngəzurla bağlı dedikləri cəfəngiyyatdır”

“Paşinyanın Zəngəzurla bağlı dedikləri cəfəngiyyatdır”

“Rusiyanın Ermənistandakı hərbi mövcudluğu Azərbaycanın Ermənistan ərazisindən Naxçıvana dəhliz açmaq imkanlarını məhdudlaşdırır”.

“Gundeminfo” xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “RBC”yə müsahibəsində bildirib.

“KTMT-dən böyük gözləntilərim yoxdur. Bu barədə açıq şəkildə danışıram. Ermənistan hakimiyyəti müəyyən mənada KTMT ilə münasibətlərimizi korlamaq üçün hər şeyi etdi. Yuri Xaçaturova (Keçmiş KTMT baş katibi -red.) qarşı tanınmış cinayət işi... İkitərəfli olaraq isə Azərbaycanın bütün KTMT ölkələri ilə daha isti münasibətləri var. Əlbəttə, Rusiya xüsusi faktordur. Ancaq orada qərarlar kollektiv olaraq qəbul edilir”,- deyə Koçaryan deyib.

R. Koçaryan qeyd edib ki, Azərbaycanın Zəngəzuru nəzarətə alması üçün nəzəri imkanları var, lakin Ermənistan-Rusiya ikitərəfli razılaşmaları bu məsələdə çəkindirici amildir.

Koçaryan onun guya 1999-cu ildə Zəngəzuru Azərbaycana qaytarmağa hazırlaşması ilə bağlı Paşinyanın iddialarını cəfəngiyyat adlandırıb.

“Bu insan qaytarıla biləcək nə var idisə, qaytarıb. Əgər nəsə qalıbsa, bu, yalnız Rusiyanın səyləri sayəsindədir”,- deyə eks-prezident vurğulayıb.

Müharibədən sonra Ermənistanda Rusiyaya münasibətin dəyişib-dəyişmədiyi barədə suala cavabında isə o, bunu seçkilərin göstərəcəyini bildirib.

“Təəssüratım budur: cəmiyyətimizin böyük hissəsi Rusiyanı bölgədəki təhlükəsizliyin əsas qarantı olaraq görür, bölgədə Türkiyənin təsirinə müqavimət göstərə biləcək yeganə ölkə kimi qəbul etməyə davam edir. Xəritəyə baxın. Başqa kim edə bilər bunu? Bölgədə türk faktoru artıb, lakin buna baxmayaraq, Rusiya Türkiyənin təsirini məhdudlaşdırmaq gücündə olan yeganə ölkə olaraq qalır”,- deyə Koçaryan əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
724 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...