Mirmahmud Mirəlioğlu təmsil olunduğu blokun taleyindən danışdı

Mirmahmud Mirəlioğlu təmsil olunduğu blokun taleyindən danışdı


“Azadlıq-2015” blokunun fəaliyyətinin hansı formatda davam etdirilməsi ilə bağlı heç bir yenilik yoxdur. Bu barədə Modern.az saytına blokun üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.

“ Məsələ blok üzvləri arasında müzakirəyə çıxarılacaq və partiyalar da bununla bağlı öz siyasi qərarlarını verəcəklər”,-deyə o bildirib. Qeyd edək ki, “Azadlıq-2015” bloku parlament seçkiləri ilə bağlı yaradılıb. Quruma Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Aydınlar Partiyası, Azad Demokratlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azadlıq Partiyası və Azərbaycan Xalq Partiyası daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1027 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...