İqtidar-müxalifət dialoqu nə zaman keçiriləcək?

İqtidar-müxalifət dialoqu nə zaman keçiriləcək?


Ölkədə parlament seçkiləri öncəsi bir qrup müxalifyönlü partiya sədrlərinin iştirakı ilə iqtidar nümayəndələri arasında görüşlər keçirildi. Görüşlərin birində iqtidarı təmsil edən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirdi ki, bu kimi tədbirlərin hər iki aydan bir keçirilməsini planlaşdırırlar.

Lakin sonuncu iqtidar-müxalifət görüşündən 6 ay keçməsinə baxmayaraq, hələ də növbəti dialoqun nə zaman baş tutacağı ilə bağlı heç bir xəbər yoxdur. Onu da qeyd edək ki, dialoqlar ərəfəsində ictimaiyyətdə belə bir fikir yaranmışdı ki, masa arxasına çağırılan partiya sədrləri parlamentin yeni deputat siyahısına salınacaqlar. Lakin 1 noyabr tarixində keçirilən parlament seçkiləri bu proqnozu puç etdi. “Masa müxalifəti” parlamentə buxarılmadı. Bəzi şəxslər söyləyirlər ki, dialoqun dayanması Rusiyanın təkidi ilə olub. Digər qrup ekspertlər hesab edirlər ki, müxalifətlə görüşlərin davam etməsini iqtidar özü məqbul saymadı.

Bəs dialoqda iştirak edən müxalif partiya sədrləri nə düşünürlər? Növbəti dialoq keçirilə bilərmi?

Məsələyə AXP sədri Pənah Hüseynli münasibət bildirib. Partiya sədri musavat.com-a açıqlamasında söyləyib ki, keçirilən seçkilər çox ciddi problemlər yaradıb: “Seçkiyə qatılan və iştirak edən namizədlərlə bağlı yox, bütövlükdə bu seçki çox ciddi bir problemlər yaratdı. Prinsipcə, nəzəri olaraq birdəfəlik bu məsələni kənara qoymaq mümkün deyil”.

"Dialoqa dəvət olunsanız iştirak edəcəksinizmi" sualına isə partiya sədri aşağıdakı cavabı verib: “Hər şey konkret situasiya və şərtlər daxilində müzakirə olunub qərarlar verilir. Bu gün belə bir proses görünmür. Ancaq seçkilər bitdi, kimlərsə deputat olmadı deyə bu prosesin də qapandığını söyləmək doğru olmaz”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da mövzu ilə bağlı fikir bildirib. Partiya sədri aşağıdakıları söyləyib: “Bu bizdən asılı məsələ deyil. Görüşlər hökumətin təklifi ilə keçirilib. Bundan sonrakı dialoqun da nə zaman keçiriləcəyini onlar söyləyə bilərlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
963 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...