Azərbaycan seçkilərə görə yenidən ATƏT DTİHB-yə müraciət edib

Azərbaycan seçkilərə görə yenidən ATƏT DTİHB-yə müraciət edib


APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) mandatını pozması ilə bağlı yaydığı bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, DTİHB tərəfindən göstərilən bu yanaşmaya baxmayaraq, Azərbaycan nümayəndə heyəti seçkilərə qədər bu məsələnin həllini tapacağına dair ümidini ifadə edib: “Ötən həftə DTİHB ilə yenidən məsləhətləşmələr aparıb, məhdud sayda ekspert göndərilməsi ilə bağlı təklif vermişik. Təəssüf ki, DTİHB Azərbaycan tərəfinin xahişini yenidən rədd etdi. Bizim DTİHB-lə münasibətlərimiz həmişə konstruktiv olub. Direktor Linkin müşahidə missiyası göndərməmək qərarı verməsindən sonra biz Daimi Şuranı proses barədə məlumatlandırmışıq və büronu məsləhətləşmələr aparmağa dəvət etmişik”.

Bəyanatda o da vurğulanır ki, DTİHB öz öhdəliklərini icra etmədiyi halda, Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyi DTİHB-nin aktuallığını yenidən nəzərdən keçirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
985 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...