İsa Qəmbərin ərizəsi qəbul edilmədi – DSK-dan açıqlama
Müsavat Partiyasının lideri İsa Qəmbərin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirakdan imtina etməsi ilə bağlı ərizə qəbul edilməyib.
Bunu AzNews.az-a açıqlamasında 15 saylı Yasamal birinci seçki dairəsinin sədri Sərdar Süleymanov deyib.
Onun sözlərinə görə, İsa Qəmbərin bu vaxtı namizədliyini geri götürməsi Seçki Məcəlləsinə uyğun deyil: “Oktyabrın 28-də İsa Qəmbərin səlahiyyətli nümayəndəsi ərizə ilə onun seçkidə iştirakdan imtina etməsi ilə bağlı bizə müraciət edib. Biz də bu gün dairədə müzakirələr apardıqdan sonra onun namizədliyinin geri götürməsi məsələsindən imtina etməyi qərara aldıq. Çünki onun qərarı Seçki Məcəlləsinə ziddir. Təkcə onun deyil, ümumilikdə partiya namizədlərinin belə addım atması düzgün deyil. Onlar məcəllədə qeyd olunanlara əməl etməyiblər. Seçki Məcəlləsinə görə, seçkiyə 10 gün qalmış namizədliyi geri götürmək olar”.
Qeyd edək ki, oktyabrın 28-də Müsavat Partiyası Divanın iclasında seçkidə boykot etmək haqda qərar verib. MSK isə onların bu qərarını rədd edib.
1009 dəfə oxundu