"İkram İsrafil partiyanın Nizamnaməsini pozub" Müsavatda qalmaqal

"İkram İsrafil partiyanın Nizamnaməsini pozub"


"Mən seçicilərlə görüşlərimi davam etdirirəm”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü İkram İsrafil deyib.

O, Müsavat Partiyasının Divanın parlament seçkilərində iştirakı dayandırmaqla bağlı qərarını hörmətlə qarşılasa da, seçkilərdə iştirak niyyətinin olduğunu qeyd edib. İ. İsrafil istəyinin qeydə alınması üçün Müsavat rəhbərliyinə müraciət etdiyini də bildirib.

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova isə APA-ya açıqlamasında bildirib ki, İ. İsrafil partiya Nizamnaməsini pozub: “Partiya parlament seçkilərində iştirakla bağlı qərar verəndə, istisna hal kimi öhdəlik var idi ki, seçkidən geri çəkilmə olarsa, üzvlər də buna əməl edəcəklər. İkram İsrafil də bu öhdəliyi üzərinə götürüb və səs verib. İndi İkram İsrafil deyir ki, seçicilərlə görüşüb, burda etimad məsələsi var. Sən üzvü olduğun partiyanın qərarlarına hörmət etmirsənsə, onun etimadını yerə vurursansa, seçicinin etimadını necə qazanacaqsan? İnanmıram ki, öz partiyasının qərarına hörmət etməyən adama seçici səs versin. Digər tərəfdən, Müsavat Nizamnaməsinin 7-ci bəndində göstərilir ki, partiya üzvü partiyanın qərarlarına əməl etməlidir. İkram İsrafil isə Nizamnaməni pozub. Qərarını dəyişməyəcəksə, təbii ki, İkram İsrafilin məsələsinə baxılacaq və ya Divan öz münasibətini bildirəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
970 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...