Müsavatda 10-na yaxın namizəd SEÇKİDƏN İMTİNA ETMİR
Xəbər verdiyimiz kimi Müsavat Partiyası 1 noyabr parlament seçkilərinə qatılmaqdan imtina edib.
Qurumun dünən keçirilən Divan toplantısında bu haqda qərar verilib. Müsavat başqanı Arif Hacılı Hafta.az-a açıqlama verərək partiyanın Divanının verdiyi qərarla tam razı olduğunu deyib: “Hesab edirəm ki, partiyamız doğru qərar verib, biz seçkilərin demokratik keçiriləcəyinə şübhə ilə yanaşırıq”. Arif Hacılı seçki demokratik olmayacağını bilirdinizsə niyə iştirak etmək haqda ilkin qərarınız olmuşdu sualına da cavab verib: “Partiyamız avqustun sonlarında seçkidə iştirak etmək haqda qərar qəbul edib. Bunu etməkdə məqsədimiz təbliğat kampaniyasında iştirak etmək idi. Qeydə alınan 25 namizədimiz və onların tərəfdarları yüz minlərlə insanla bilavasitə ünsiyyət qurub öz fikirlərini həmin şəxslərə çatırda biliblər. Bizim seçkiyə getməkdə məqsədimiz mandat almaq yox, kampaniyada iştirak etməkm idi hesab edirəm ki, bu mərhələni uğurla başa vurduq”.
Hafta.az-a açıqlama verən Müsavat başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, onlar namizədliyi qeydə alınmış bütün üzvlərinə müraciət edərək seçini boykot etmələrini istəyiblər: “Biz Divanın qərarından sonra namizədliyi qeydə alınmış 25 partiya nümayəndəmizə seçkidən kənarlaşmaları haqda tapşırıq verdik. Hazırda üzvlərimiz imtinayla bağlı məktublarını Mərkəzi Seçki Komissiyasına göndrirlər. Bu proses 31 oktyabra qədər davam edəcək. Bəzi üzvlərimiz namizədliklərini geri götürmək üçün tərəddüd etməkdədir”.
Müsavat başqanının müavini partiyanın seçkidən çəkilmə səbəbini ötən bazar baş tutmuş və az sayda adamın iştirak etdiyi mitnqlə heç bir əlaqəsinin olmadığını bildirdi: “Partiyamızın guya bu mitinqdən sorna seçkidən imtina etməsi haqda yayılan xəbrlərin heç bir əsası yoxdur, mitinqi də uğurlu hesab edirik. Biz seçkiyə kampamiyada iştirak etmək üçün qatılmışdıq və belə bir qərarın olacağını da əvvələdn bilirdik.
Müsavat Partiyasının üzvü, “Ağ Blok” un həmtəəsisçisi Tural Abbaslı isə Arif Hacılı ilə razı olmadığını bildirdi:
“Müsavat Partiyasının bu addımı yanlış idi. Seçki Kampaniyası başlamazadn öncə belə bir qərar olsaydı buna hardasa bəraət qazandırmaq olardı indi isə bu mümkün deyil. Partiya rəhbərliyinin gətirdiyi əsas arqumenti budur ki, hazırda ölkədə seçki mühiti yoxdur. Bu zaman sual yaranır, əgər belədirsə siz bu seçki mühitsizliyini görmürdünüzmü? Siz belə hesab edirdiz ki, bir ay müddətində seçki komissiyalarının tərkibi dəyişəcək və ölkədə demokratik seçki mühiti formalaşacaq? Bu qədər sadəlöhvlük olmaz ki...
Müsavat Partiyasını bu addımının hüquqi baxımdan heç bir anlayışı yoxdur. Parlament seçkilərində yetərsay nəzərdə tutulmayıb. Seçicilərin bir faizi də iştirak etsə seçki baş tutmuş hesab olunacaq. Siyasi baxımdan analiz eləsək legitimlik məsələsi gündəmə gələ bilər. Amma gəlin çox da uzağa getməyək, 2013-cü il ölkədə baş tutan preziden seçkilərinə nəzər salaq. Bu seçkidən sonra dünyanın bir çox dövlətləri İlham Əliyevi təbrik edərək onun legitimliyini qəbil etdi. Azərbaycanla, prezidentlə bir çox müqavilələrə imza atıldı. Ümumiyyətlə götürsək isə, Azərbaycan iqtidarının heç zaman legitimlik problemi olmayıb”.
Seçkidə iştirakdan imtina edənlərdən biri də uzun müddət Müsavat Partiyasının rəhbəri olmuş İsa Qəmbərdir. İsa Qəmbərlə eyni dairədən namizəd olan Vətəndaş İnkişaf Partiyasının VİP sədri Əli Əliyev qurumun bu qərarını yanlış hesab etdiyini bildirdi:
“ Müsavat partiyası son zamanlar verdiyi yanlış qərarlarla diqqət mərkəzinə düşür.Əgər prosesə bütüvlükdə etimatsızlıq varsa gərək əvvəldən qoşulmazdılar. Mən Müsavatın ən aparıcı namizədi İsa Qəmbərlə eyni dairədən qeyd alınmışam. Kampaniya dövründə mən onun və tərəfdarlarının heç bir aktivliyini müşahidə edə bilmədim. Bu müddət ərzində İsa Qəmbər ərazisində görsənməyib, seçiciləri ilə normal görüşlər təşkil etməyib. Əvvəldən hiss olunurdu ki, Müsavat Partiyası aparıcı funksionerləri üçün hökumətdən güzəştlər istəyirmiş. Baş verənlər partiyanın imicinə çox ciddi xələl gətirdi”.
Hafta.az-ın apardığı araşdırmadan sonra məlum oldu ki, Müsavat Partiyasında namizədliyini geri götürmək istəməyən şəxslərdən biri 115 saylı Şəki kənd ikinci seçki dairəsinin namizədi İkram İsrafildir.
O, hazırda da sosial şəbəkələr vasitəsi ilə öz namizədliyini təbliğ etməkdədir. Qeyd edək ki, İkram İsrafil 2005-2010-cu illərdə Milli məclisdə Müsavat Partiyasını təmsil edib. İ.İsrafil həmin zaman “Azadlıq” seçki blokunun namizədi kimi seçkilərdə iştirak edib və qalib gəlib. “Azadlıq” bloku seçkidən sonra nəticələri tanımayaraq parlamentə düşən təmsilçilərini boykota çağırsa da, İkram İsrafil mandatdan imtina etməyərək 5 il müddətində Müsavat Partiyasını Milli Məclisdə təmsil etmişdi.
Seçkidə imtina ilə bağlı tərəddün edən şəxslərdən biri də, 123 saylı Kəlbəcər seçki dairəsindən namizəd, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının lideri, İsgəndər Həmidovdur. Onun namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüşdü. Redaksiyamıza daxil olan son məlumata görə, namizədliyini geri götürmək istəməyən namizədlərin sayı 10-a qədərdir.
1067 dəfə oxundu