“Qərbin seçkilərə kölgə salmaq niyyəti boşa çıxacaq”- Ekspert
"Azərbaycan regionda mühüm yer tutur. Bu ölkə sabitliyi və inkişafı qoruyub saxlamağı bacarıb".
GUNDEMİNFO.AZ Seçki-2015.az saytına istinadən məlumat verir ki, Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski “Parlament seçkiləri ərəfəsində Azərbaycan” mövzusunda təşkil olunan Bakı ilə Moskva arasında keçirilən video-körpü zamanı belə deyib.
S.Çernyavski bildirib ki, son 10-15 ildə Azərbaycan insan haqlarının müdafiəsilə bağlı müxtəlif beynəlxalq təşkilatlarla görüşlər keçirib: “Azərbaycanın AŞPA, Avropa İttifaqı, eləcə də digər beynəlxalq qurumlarla yaxşı münasibətləri var. Amma bu təşkilatlar onlara olan etimadı düzgün qiymətləndirmirlər”.
S.Çernyavski qeyd edib ki, Rusiya Azərbaycanda sabitliyin olmasında maraqlıdır: “Rusiya əmindir ki, Azərbaycan xalqı bu seçkilərdə də siyasi və intellektual seçim edəcək. Eyni zamanda Türkiyə də Azərbaycanda sabitliyin tərəfdarıdır. Biz əminik ki, Qərb təşkilatlarının Azərbaycanda keçiriləcək seçkilərə kölgə salmaq niyyəti boşa çıxacaq”.
985 dəfə oxundu