Deputatlığa keçmiş namizəd seçicilərinə müraciət etdi -

Deputatlığa keçmiş namizəd seçicilərinə müraciət etdi -


Ali Məhkəmə deputatlığa namizədliyi ləğv olunan Paşa Məmmədovun şikayətini təmin etməyib. "Report" xəbər verir ki, bir neçə gün əvvəl 112 saylı Qax Seçki Dairəsinin Dairə Seçki Komissiyası bitərəf namizəd P.Məmmədovun namizədliyini ləğv edib.

Namizəd DSK-nın qərarından apellyasiya şikayəti verib. Amma məhkəmə şikayəti təmin etməyib və DSK-nın qərarını qüvvədə saxlayıb. Bundan sonra namizəd Ali Məhkəməyə üz tutub. Lakin Ali Məhkəmə də şikayəti təmin etməyib.
Ali Məhkəmənin qərarı məlum olandan sonra P.Məmmədov seçicilərinə müraciət edib. O, seçki marafonunda iştirakının başa çatdığını bəyan edib: "Bu gün Ali Məhkəmə mənim namizədliyimin bərpa olunması haqda kassasiya şikayətini təmin etmədi. Mən bu seçki marafonundan tam olaraq kənarlaşdırıldım. Apellyasiya Məhkəməsinin verdiyi qərardan narazı olmağıma baxmayaraq, hər zamankı kimi qanunun aliliyi qarşısında baş əyirəm. Dövlətimizin mənafeyi uğrunda çalışan bir siyasətçi kimi, Azərbaycanımızın qanunlarını beynəlxalq qanunvericilikdən üstün tuturam. Bununla da bu dəfə seçki marafonunda iştirakımın başa çatdığını elan edirəm. Hər birinizi seçkilərdə fəal olmağa və Konstitusiyanın sizə verdiyi hüquqdan istifadə etməyə çağırıram.

O ki, qaldı mənə, gələn seçkilərdə sizin etimadınızı doğrultmaq uğrunda mübarizəyə yenidən qoşulacağıma qərarlıyam. Azərbaycanımızda demokratik və hüquqi cəmiyyət var. Biz də öz fəaliyyətimizi yalnız hüquq çərçivəsində davam etdirəcəyik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1014 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...