Arif Hacılıdan Razi Nurullayevin təşkilatı barədə açıqlama

Arif Hacılıdan Razi Nurullayevin təşkilatı barədə açıqlama


Müsavat başqanı Arif Hacılı Razi Nurullayevin yaratdığı təşkilata münasibət bildirib. Xəbər verildiyi kimi, AXCP sədrinin keçmiş müavini Razi Nurullayev "AXCP" adına iddia edən yeni təşkilat yaradıb. O, həmin təşkilatın əsil AXCP olduğunu, Elçibəyin məhz belə təşkilat arzudığını iddia edib.

Müsavat başqanı Arif Hacılı AXCP adında yalnız bir təşkilat tanıdığını bildirib: “Bu təşkilat öz qurultayını sentyabr ayinin 27 də keçirərək, növbəti dövr üçün rəhbərliyini seçib. Razi Nurullayevin yaratdığı təşkilat isə başqa təşkilatdır. Ədliyə Nazirliyinin bu məsələ ilə bağlı qəbul edəcəyi hər hansı qərar Müsavat Partiyasının mövqeyinə təsir etməyəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1069 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...