“AST Telman şokdadır, heç kimlə danışmaq istəmir”

“AST Telman şokdadır, heç kimlə danışmaq istəmir”


“Telman Mərdan oğlu İsmayılov baş verənlərdən şokdadır və heç kimlə danışmaq istəmir”

Bu sözləri Rusiyanın “Vedomosti” nəşrinə iş adamının yaxın çevrəsindəki şəxslərdən biri deyib. AST Telmanın digər tanışları isə nəşrə bildiriblər ki, kreditorlar dünyanın hər yerində ona məxsus əmlakın dondurulmasını tələb edirlər.

Hazırda İsmayılovun və ona məxsus keçmiş şirkətlərinin borcu 586 milyonu keçir, bu isə onun Forbesdə göstərilən sərvəti ilə müqayisə oluna bilər. Nəşr yazır ki, iş adamının ailəsinə məxsus cəmi bir səhm qalıb. Bu, spirtli içki distribüteri olan və ötən il 10,4 milyard rubl gəliri olan “AST interneşnl invaeronment” şirkətidir.

Məlumata görə, iş adamının Türkiyədəki məşhur “Mardan Palace” oteli dekabrın 21-dən martın 1-nə kimi təmirə bağlanacaq. Otel əməkdaşlarından biri isə bildirib ki, “Mardan”ın təmirdən sonrakı açılışını yeni sahibi edəcək.(qafqazinfo)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
991 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...