Azərbaycanlı seçicilər dəyişiklik istəmir - SORĞU

Azərbaycanlı seçicilər dəyişiklik istəmir -


Gələn ay Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçkilərə qatılacaq seçicilərin təxminən 80%-i hesab edir ki, dövlət hazırkı rəhbərlik tərəfindən düzgün istiqamətdə irəliləyir və həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi əsas məsələ olaraq qalır. APA-nın "cnbc.com" saytına istinadən verdiyi məlumata görə, ABŞ-ın tanınmış sorğu firması "Arthur J. Finkelstein & Associates"-in oktyabrın 14-də yaydığı seçkiqabağı sorğu 5.1 milyon seçicini maraqlandıran məsələlərə diqqəti yönəldir.

Sorğuda iştirak edənlərin 77.1%-i “Hər şey düzgün yaxud yanlış istiqamətdə gedir” sualına düzgün istiqamət, yalnız 14.7%-i yanlış istiqamət cavabını verib. Seçicilərin üzləşdiyi ən vacib məsələlər barədə suala təbii ehtiyatlarla zəngin dövlətdə yalnız 7.2% iqtisadiyyat, 41.3 % isə beynəlxalq qətnamələrin qeyd-şərtsiz geri çəkilmə barədə çağırışlarına zidd olaraq, Ermənistanın hələ də işğal altında saxladığı Dağlıq Qarabağ və yeddi ətraf rayon cavabını seçib.

“Beş dəfə çox respondent dövlətin ən vacib məsələsi kimi, iqtisadiyyatdan çox Dağlıq Qarabağı qeyd edib”, - Artur J. Finkelştayn & Assoşietys-in icraçı direktoru Corc Birnbaum bildirib: “Bu, siyasət və hökumətin bütün aspektlərini o qədər əhatə edən həssas məsələdir ki, Qərbin bir çox müşahidəçisi bunu sadəcə anlamır”. Geosiyasi məsələlərə gəldikdə, respondentlərin 81.7%-i bu fikirlə razılaşıb: “Azərbaycan əksər ölkələrin qeyri-sabit olduğu bir regionda yerləşən sabitlik adasıdır”.

Dairələrin böyük əksəriyyətində Yeni Azərbaycan Partiyası namizədlərinin uğur qazanacağı gözlənilir. Ən vacib məqam odur ki, Avropada baş verənləri nəzər alsaq, respondentlərin 71%-i hesab edir ki, hazırkı hökumət immiqrasiya böhranının Azərbaycana təsirinin qarşısını almağa qadirdir. Respondentlərin 80%-dən çoxu hesab edir ki, təhlükəsizlik məsələlərində öz məlumatlarını qərb dövlətləri ilə bölüşən ölkə rəhbərliyi dövləti terror aktlarından müdafiə edib. Bu gün Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin 74.4%-i tərəfindən dəstəklənir, 14% seçici isə hələ seçimini etməyib. Beləliklə, dairələrin böyük əksəriyyətində Yeni Azərbaycan Partiyasının namizədlərinin uğur qazanacağı gözlənilir.

Şübhəsiz, seçkilər eyni zamanda 2013-cü ildə yenidən seçilmiş prezident İlham Əliyevin fəaliyyətinə dair referendum rolunu oynayacaq. “Hazırkı prezident İlham Əliyevin fəaliyyətini ümumilikdə necə qiymətləndirirsiniz?” sualına respondentlərin 82.1%-i yaxşı yaxud əla cavabını verib. “Sorğudan asanlıqla belə nəticəyə gəlmək olar ki, seçicilər dəyişiklik istəmir”, - deyə Birnbaum bildirib. Onun şirkəti 2013-cü il seçkilərinin nəticələrini düzgün proqnozlaşdırmışdı: “Onlar siyasi-iqtisadi sabitlik, terrordan qorunmaq və seçdikləri nümayəndələrin Dağlıq Qarabağın qaytarılması uğrunda mübarizə aparmasını istəyir”.

Sorğu Azərbaycanda 28 sentyabr - 9 oktyabr tarixlərində 108 dairədə 1000 seçici ilə üzbəüz aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1031 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...