Müsavat Partiyasının namizədlərinin imzaları etibarsız çıxdı

Müsavat Partiyasının namizədlərinin imzaları etibarsız çıxdı


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında noyabrın 1-də Milli Məclisə təyin edilmiş seçkilərdə deputatlığa namizədliyini Müsavat Partiyasının irəli sürmüş Nüşabə Sadıqovanın müaciətinə baxılıb. Trend-in məlumatına görə, N.Sadıqova Dairə Seçki Komissiyasının (DSK) onun namizədliyini qeydə almaqdan imtina edən qərarla bağlı şikayət edib.

İclasda bildirilib ki, DSK N.Sadıqovanın namizədliyinin qeydə alınmaqdan imtina etməsini təqdim olunan imza saylarının onun namzədliynin qeydə alınması üçün yetərli olmadığını bildirib. Belə ki, araşdırma zamanı təqdim edilən 550 imzadan 147-nin etibarsız olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, MSK DSK-ının N.Sadıqovanın namizədliyini qeydə almaqdan imtinası ilə bağlı qərarını qüvvədə saxlayıb. N.Sadıqovanın namizədliyi qeydə alınmayıb.

Sonra Müsavat Partiyasının namizədliyini irəli sürmüş Raqif Kərimlinin də müraciətinə baxılıb. Bildirilib ki, araşdırma zamanı müəyyən olunub ki, təqdim olunan imzalardan 131-i etibarsız hesab edilib. Belə ki, 131 nəfər imzalarını R.Kərimliyə vermədiklərini barədə ərizə ilə DSK-ya müraciət ediblər. Beləliklə, MSK DSK-nın R.Kərimlinin namizədliyini qeydə almaqdan imtina ilə bağlı qərarını qüvvədə saxlayıb. Bundan əlavə, Müsavat Partiyasının digər namizədliyini irəli sürmüş üzvü Azər Əsgərovun müraciətinə baxılıb. Qeyd edilib ki, A.Əsgərovun namizədliyinin qeydə alınması üçün təqdim etdiyi sənədlər düzgün olmadığı üçün DSK onun namizədliyini qeydə almaqdan imtina edib. Belə ki, A.Əsgərov əmlakı barədə DSK-ya düzgün məlumat təqdim etməyib.

Araşdırma zamanı DSK-nın qərarı təsdiqini tapıb. Bunu nəzərə alaraq, MSK DSK-nın qərarını qüvvədə saxlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1033 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...