Rusiyanın Suriyaya müdaxiləsi Türkiyəyə nə vəd edir? TƏHLİL

Rusiyanın Suriyaya müdaxiləsi Türkiyəyə nə vəd edir?


Rusiyanın Suriyadakı hava kampaniyası bütövlükdə regionda uzunmüddətli geostrateji nəticələrə malik olacaq, lakin Türkiyə üçün bu nəticələr xüsusilə ciddi ola bilər.

Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic bildirib ki, Türkiyə artıq olkədə olan 2 milyon suriyalıya əlavə olaraq, Suriya qaçqınlarının daha bir dalğası ilə üzləşə bilər. Rusiyanın onun kandarında hərbi fəaliyyətinin eskalasiyası NATO üzvü olan Türkiyə üçün ciddi hərbi-siyasi nəticələrə səbəb ola bilər. Rusiya, öz tarixində ilk dəfə olaraq Xəzər dənizindəki hərbi gəmilərdən uzaqmənzilli raketlərlə atəş açaraq gərginliyi xeyli artırıb və onun hərbi təyyarələri iki dəfə Türkiyənin hava sərhədini pozub.

Əgər Türkiyə 2012-ci ildə özünün Fantom təyyarəsinin Suriya tərəfindən vurulmasından sonra münaqişəyə qarışdığı kimi Rusiya ilə də üz-üzə gəlməyə davam eləsə, onda gərginlik qorxulu qarşıdurmaya çevrilə bilər. Rusiyanın Türkiyəyə meydan oxuması kimi görünən hadisələr yalnız hərbi sahə ilə məhdudlaşdmır. Bu həmçinin Türkiyəni Suriyanın gələcəyi məsələlərinə qarışmaqdan cəkindirməyə hesablanmış mesajdır.

Lap başlanğıcdan Türkiyənin əsas strateji məqsədi prezident Əsədin devrilməsi olub. Rusiyanın müdaxiləsində məqsəd Əsəd rejiminin möhkəmləndirilməsidir. Ruslar başlıca olaraq İslam Dövlətinin mövqelərini deyil, rejimin Türkiyə, Körfəz ölkələri və ABŞ tərəfindən dəstəklənən opponentlərini hədəfləyirlər. Bu, Türkiyə üçün heç də təkcə geostrateji məkanın itirilməsi riski demək deyildir. Qüdrətli qonşusu ilə mürəkkəb münasibətlərinin korlanması Türkiyə üçün qısa və uzun perspektivdə çətinliklər yarada bilər.

Türkiyə prezidenti Recep Tayyip Erdogan deyib ki, “Rusiya bir çox məsələlədə əməkdaşlıq etdiyi Türkiyə kimi dostu itirərsə, çox şeyi itirə bilər və bunu bilməlidir”. Reallıqda Türkiyə ən azı, yaxın qısa müddətdə bu münasibətlərdə daha kövrək tərəf olaraq qalacaq. O özünün ehtiyacı olan qazın 60 faizini Rusiyadan alır.

Türkiyə nüvə elektrik stansiyası da daxil, özünün ümdə enerji ehtiyacları üçün Rusiyadan asılıdır və Rusiya Türkiyənin ikinci böyük ticarət partnyorudur. Türkiyənin bir çox dəniz kurortları Rusiya turistlərinin hesabına işləyə bilir. Prezident Erdoğan Türkiyənin təbii qaz üçün Azərbaycan və İran kimi başqa təchizatçılara üz tuta biləcəyini desə də, mövcud kəmər infrastrukturuna görə vəziyyət Türkiyə liderinin güman etdiyi qədər də qənaətbəxş deyil.

Türkiyə-Rusiya münasibətlərində başqa bir tikanlı məsələ də İraq və Suriya kürdlərinin İD ilə mübarizədə Rusiya ilə müttəfiqliyidir. İstər İraq, istərsə də Suriya kürdləri İŞİD-ə qarşı döyüşən istənilən qüvvə ilə əməkdaşlığa hazır olduqlarını bəyan ediblər. Suriyadakı Demokratik İttfaq Partiyası (PYD) Türkiyə ilə döyüşən Kürdüstan İşçi Partiyası (PKK) ilə yaxın bağlara malikdir. Rusiyanın kürdlərin mübarizəsinə dəstəyi Türkiyəni daha da zəif sala bilər.

Qonşuluqdakı yeganə güclü müttəfiqi olan İraqın Kürdüstan Regional Hökumətinin getdikcə Rusiya ilə dostlaşması isə Türkiyə üçün ağır zərbə olardı. Ölkə daxilində yaxınlaşmaqda olan 1 noyabr seçkiləri ərəfəsində baş verən qütbləşmə və siyasi sabitsizlik, xarici təhlükəsizlik problemi ilə birlikdə Türkiyə üçün son dərəcə ağır vəziyyət yaratmış olur.(BBC)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1081 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...