"Biz Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş münaqişə" kimi görmürük”

"Biz Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş münaqişə" kimi görmürük”


“Ceyms Uorlikin də qeyd etdiyi kimi, biz təmas xəttində gərginliyin artması hallarından narahatıq”.

APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik və onun rusiyalı və fransalı həmkarları bu məsələ ilə məşğul olur: “Biz vəziyyəti dəyişmək üçün tərəflərlə geri addım atılması məsələsini müzakirə edirik. Biz bu münaqişəni "dondurulmuş" münaqişə kimi görmürük. İnsanlar ölürsə, bu, "dondurulmuş" münaqişə deyil Məsələnin sülh yolu ilə həlli üçün biz tərəflərlə çalışırıq. Bütün tərəflər gərginliyin azalması və münaqişənin həll yolunun tapılması üçün addımlar atmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
977 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...